This is a specific ad

Dələduzluq yolu ilə külli miqdarda pul əldə edən 15 nəfərə qarşı ittiham irəli sürülüb

257

Another advertisement

Tbilisinin gecə klublarında dələduzluq yolu ilə 21 min lari əldə ediblər – 15 nəfərə qarşı ittiham irəli sürülüb.

QafqazTürk Media xəbər verir ki, Prokurorluqda mütəşəkkil dəstə tərəfindən xarici ölkə vətəndaşlarına məxsus pul vəsaitlərinin dələduzluq yolu ilə mənimsənilməsi, hədə-qorxu ilə tələb etmə və sağlamlığa zərər vurma faktları üzrə 15 nəfərə qarşı ittiham irəli sürülüb.

“Daxili İşlər Nazirliyi tərəfindən aparılan araşdırmalarla müəyyən edilib ki, üç gecə klubunun sahibləri, rəhbərləri, ofisiantları, mühafizəçiləri və rəqqasları əvvəlcədən hazırlanmış sxemə uyğun olaraq, turistləri klublara dəvət ediblər. Rəqqaslar turistlərin masalarında oturaraq turistlərlə razılaşmadan onların hesabına bahalı içkilər sifariş ediblər. Təqsirləndirilən şəxslər turistlərdən aldıqları xidmətlərə görə qeyri-mütənasib məbləğdə pul tələb ediblər, imtina etdikdə isə onlara qarşı fiziki və psixoloj tətbiq edilib.

Bu yolla cinayətkar dəstənin üzvləri müxtəlif xarici ölkələrin 11 vətəndaşının 21 min larisini dələduzluq yolu ilə ələ keçiriblər. Həmçinin, pul tələb etmək məqsədilə xarici ölkənin 5 vətəndaşına hədə-qorxu gələrək fiziki zorakılığa məruz qoyublar”, – deyə  prokurorluq bildirir.

Saxlanılan şəxslərə qarşı dələduzluq, hədə-qorxu ilə pul tələb etmə və mütəşəkkil dəstə tərəfindən zorakılıq törətmək maddələri ilə ittiham irəli sürülüb, 7 ildən 10 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Prokurorluq təqsirləndirilən şəxslərin barəsində həbs qətimkan tədbiri seçilərək həbs müddətinin uzadılması barədə vəsatətlə artıq məhkəməyə müraciət edib.

Xatırladırıq ki, xüsusi əməliyyat Tbilisinin 3 gecə klubunda həyata keçirilib.

Kateqoriya: Cəmiyyət, Cinayət
Sonrakı yazı
İsraildən Suriyadakı Rusiyaya məxsus aviabazanın yaxınlığına hücum
Öncəki yazı
4 Oktyabr tarixinə olan valyuta məzənnəsi açıqlandı