Another advertisement
“Çin Kanadanı qorxuda bilməz”,– QafqazTürk xəbər verir ki, bu barədə Kanadanın baş naziri Castin Trüdo bildirib.
Trüdo bu açıqlamanı Çinin kanadalı diplomatı ölkədən qovmasından sonra edib.
“Biz başa düşürük ki, bu qisasdır. Lakin qorxmayacağıq. Biz Kanadanı xarici müdaxilədən qorumaq üçün hər şeyi etməyə davam edəcəyik “, – Trüdo bildirib.
Məlumat üçün bildirək ki, bazar ertəsi Kanada çinli diplomatı ölkədən qovub. Kanadanın “düşüncəsiz hərəkətlərinə” cavab olaraq bir neçə saat sonra Çin kanadalı diplomatı ölkəni tərk etməyə çağırıb.