Yaxın Şərqdə tüğyan edən alov tez bir zamanda cəhənnəmə çevriləcək.
QafqazTürk Media xəbər verir ki, bu barədə BMT-nin baş katibi Antonio Quterreş BMT Təhlükəsizlik Şurasının sessiyasında bildirib.
Onun sözlərinə görə, hadisələr ötən həftədən bəri “pisdən çox, daha da pisləşib”.
Quterreş İsrailin Livandakı Hizbullaha qarşı hava hücumlarını “amansız” adlandırıb və müvəqqəti atəşkəs təklifinin olduğunu, İsrailin bunu rədd etdiyini və hava hücumlarının sayını “artırdığını” bildirib.
Məlumat üçün bildirək ki, oktyabrın 2-də İsrailin xarici işlər naziri Quterreşi “Persona non qrata” elan edib ki, bu da onu İsrailə daxil olmaq hüququndan məhrum edir. İsrail xarici işlər nazirliyinin rəhbərinin sözlərinə görə, “Başqa ölkələrin etdiyi kimi, İranın İsrailə qarşı alçaq hücumunu birmənalı şəkildə pisləyə bilməyən heç kəs İsrail torpağına ayaq basmağa layiq deyil”.