This is a specific ad

ABŞ və Avropa İttifaqı Cənubi Qafqazda sülh üçün – ƏTRAFLI

89

Another advertisement

ABŞ dövlət katibi Entoni Blinken və Avropa İttifaqı Şurası prezidenti Şarl Mişel Cənubi Qafqazın sülh məsələlərini müzakirə ediblər.

QafqazTürk xəbər verir ki, bu barədə məlumatı ABŞ dövlət katibi, Entoni Blinken yayır.

“Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel ilə görüşdən çox məmnunam. Görüş zamanı Ukraynaya dəstək, Cənubi Qafqazda sülh məsələləri və bizim dərin transatlantik partnyorluğu müzakirə etdik”, – Entoni Blinken rəsmi “tvitter” səhifəsində qeyd edir.

Entoni Blinkenlə Şarl Mişelin söhbəti ilə bağlı məlumatı ABŞ Dövlət Departamenti də yayır.

“ABŞ dövlət katibi Blinken və Avropa İttifaqı Şurası prezidenti Mişel ABŞ və Avropa İttifaqının Ukraynanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyünə dəstəyini bir daha təsdiqlədilər. Onlar həmçinin, Ermənistan və Azərbaycan arasında davamlı və uzunmüddətli sülhün dəstəklənməsi imkanlarını müzakirə etdilər”, – bəyanatda deyilir.

Sonrakı yazı
Paşinyan: Yerevan və Bakı arasında sülh müqaviləsinin imzalanması ehtimalı aşağıdır – ƏTRAFLI
Öncəki yazı
Hulusi Akar: “Ermənistan kənardan gələn təkliflərlə hərəkət etməməlidir”