Another advertisement
Alp dağlarının zirvələrindən keçən İsveçrə və İtaliyanın sərhədləri buzlaqların əriməsi səbəbindən yenidən tərtib edilib.
QafqazTürk Media xəbər verir ki, bu barədə “Guardian”a bildirən İsveçrə höküməti iki ölkənin Matterhorn sammitində müəyyən edilən sərhədinin dəyişdirildiyini qeyd edib.
Əriyən buzlaqlar iki qonşu ölkəni bu qərarı verməyə məcbur edib və xəritə yenidən tərtib edilib.
“Bloomberg”-in verdiyi xəbərə görə, bu dəyişiklik Zermattdakı xizək kurortuna da təsir edəcək.
Bildirilir ki, dəyişikliklər 2023-cü ilin may ayı üçün komissiya tərəfindən qəbul edilib və ötən cümə günü rəsmən təsdiqlənib. Qərar İtaliyanın da imzasından sonra tətbiq olunacaq.