This is a specific ad

Muharrem İnce prezidentliyə namizədlikdən çəkildi

75

Another advertisement

Türkiyədə CHP-dən qopmuş Məmləkət Partiyasının sədri və prezidentliyə namizəd Muharrem İnce namizədlikdən çəkildiyini elan edib.

QafqazTürk.com xəbər verir ki, o, ictimaiyyətə müraciətində qərarını açıqlayıb.

İnce digər prezidentliyə namizədlərdən heç birinə dəstəyini ifadə etməyib. Belə ki, partiya sədri bu addımı müxalifətin seçkilərdə məğlub olacağı təqdirdə onu günahlandıra bilməməsi üçün atdığını deyib.

Bununla da Türkiyədə 14 mayda keçiriləcək prezident seçkilərində namizədlərin sayı 3-ə düşüb.

Onu da qeyd edək ki, seçki bülletenlərinin çapı yekunlaşdığı üçün İncenin adı seçki günü bülletenlərdə qalacaq. Həmçinin ölkə xaricində səsvermə 9 mayda başa çatdığına görə bu dövrdə ona verilən səslər boşa getmiş sayılır.

Kateqoriya: Dünya
Sonrakı yazı
Hulusi Akar: “Ermənistan kənardan gələn təkliflərlə hərəkət etməməlidir”
Öncəki yazı
Yaxın günlərdə gözlənilən hava şəraiti – PROQNOZ