Another advertisement
Gürcüstan hökuməti ilə İspaniya Krallığı hökuməti arasında milli sürücülük vəsiqələrinin qarşılıqlı tanınması və mübadiləsi haqqında saziş qüvvəyə minib.
QafqazTürk Media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Müqaviləyə əsasən, tərəflər tərəfindən verilmiş etibarlı sürücülük vəsiqəsinin sahibləri nəzəri və praktiki imtahan vermədən qanuni yaşadıqları dövlətdə bərabər qüvvədə olan sürücülük vəsiqəsi ala biləcəklər.
Gürcüstan İrlandiya və Yunanıstan Respublikası ilə də analoji sazişlər imzalayıb. Artıq İrlandiyada gürcü sürücülük vəsiqələrinin dəyişdirilməsi mümkündür.