This is a specific ad

Hökümətdən UFC çempionlarına bir milyonluq mükafat

295

Another advertisement

“Merab Dvalişviliyə, eləcə də Gürcüstana ilk UFC çempionu titulunu gətirən İliya Tofuriyaya bir milyon lari məbləğində pul mükafatı vermək qərarına gəldik”.

QafqazTürk Media xəbər verir ki, bu barədə Gürcüstanın baş naziri İrakli Kobaxidze öz çıxışında bildirib.

Hökumət başçısının sözlərinə görə, idman uğurları və ölkənin qələbəsi layiqincə qiymətləndirilməlidir.

“Gürcüstan idmançıları müxtəlif idman növlərində görünməmiş uğurlar əldə edirlər ki, bunun son nümunəsi Merab Dvalişvilinin UFC çempionu titulunu qazanmasıdır. Bu gün 8 aktiv UFC çempionundan 2-si gürcülərdir ki, bu da gürcülərin döyüş ruhunu ən yaxşı şəkildə təmsil edir. Belə bir nəticəyə 4 milyonluq Gürcüstanla birlikdə sadəcə 200 milyonluq Braziliya malikdir ki, bu da hər bir gürcü üçün xüsusilə qürurvericidir. İliya Tofuriya və Merab Dvalişvili 3000 il təlim keçmiş gürcü insanın döyüş xarakterini göstərdilər və bununla da hamımıza xatırlatdılar ki, harada ləyaqətlə döyüşsək, biz gürcülərə heç kim qalib gələ bilməz.

Merab Dvalişviliyə və İliya Topuriyaya daha çox qələbə arzu edirik. İlya Tofuriyaya oktyabrın 26-da UFC kəmərinin müdafiəsini arzulayırıq. 26 – bu bizim günümüzdür və inanırıq ki, oktyabrın 26-da İlya bizə daha bir qələbə bəxş edəcək!”, -deyə Baş nazir qeyd edib.

Kateqoriya: Cəmiyyət, İdman
Sonrakı yazı
Rustavi-Tbilisi yolunda yol-nəqliyyat hadisəsi baş verib
Öncəki yazı
Gürcüstanla Azərbaycan arasında keçirilən yoldaşlıq oyununun qalibi olan ölkə…