This is a specific ad

Bir ailə faciəsi: Azyaşlı məktəbdə aldığı xəsarətlərdən dünyasını dəyişib, valideynləri isə avtomobil qəzasına düşüb

266

Another advertisement

İrəvandakı “Müqəddəs Astvatmayr” tibb mərkəzində Ararat quberniyası sakini 9 yaşlı qız komaya düşərək həyatını itirib.

QafqazTürk Media yerli mediaya istinadən xəbər verir ki, uşaq “Vedi” tibb mərkəzindən “son dərəcə ciddi” diaqnozla “Surb Astvatmayr” tibb məntəqəsinə köçürülüb.

Ermənistan mətbuatının yaydığı məlumata görə, ilkin diaqnoza əsasən, Vedi şəhər məktəbində aldığı fiziki xəsarətlər nəticəsində uşaqda poliorqan çatışmazlığı, 3-cü dərəcəli tənəffüs çatışmazlığı, TASH vəziyyəti inkişaf edib və bu, ölümə səbəb olub.

Bundan başqa, yayılan məlumata görə, İrəvan-Yerasx avtomobil yolunun Pokr Vedi inzibati ərazisində komada olan qızın valideynləri avtomobil qəzasına düşüb. Onlar xəstəxanaya övladlarına baş çəkməyə gedirlərmiş.

Məlumata əsasən, hadisə ilə bağlı ehtiyatsızlıqdan sağlamlığa ağır zərər vurma maddəsi ilə cinayət işi başlanıb.

Kateqoriya: Cəmiyyət, Cinayət
Sonrakı yazı
Azərbaycan, İran və Rusiya elektrik sistemləri layihəsi üzrə danışıqlar aparırlar
Öncəki yazı
Pakistanda Rusiyaya məxsus helikopter qəzaya uğrayıb – Ölən və yaralananlar var