This is a specific ad

Pakistanda Rusiyaya məxsus helikopter qəzaya uğrayıb – Ölən və yaralananlar var

249

Another advertisement

Pakistanda göyərtəsində 14 nəfərin olduğu Rusiyaya məxsus Mi-8 helikopteri qəzaya uğrayıb – 6 nəfər yerindəcə ölüb, 8 nəfər yaralanıb.

QafqazTürk Media xəbər verir ki, hadisə ilə bağlı yerli media məlumat yayıb.

Məlumatlara görə, üç pilot Rusiya vətəndaşıdır, lakin onların ölümü ilə bağlı məlumat hələlik təsdiqini tapmayıb.

Məlum oldu ki, helikopter Pakistanın MARI PETROLIUM LIMITED neft şirkətinə məxsusdur. O, neft yatağının yaxınlığında qəzaya uğrayıb.

Şirkət nümayəndələrinin sözlərinə görə, helikopter qəzası texniki səbəblərdən baş verib.

“Shot” kanalı qeyd edir ki, ölənlər arasında Pakistan Hərbi Dəniz Qüvvələrinin iki zabiti və bir dənizçi var, üç rus isə hərbi xəstəxanaya yerləşdirilib.

Kateqoriya: Dünya
Sonrakı yazı
Bir ailə faciəsi: Azyaşlı məktəbdə aldığı xəsarətlərdən dünyasını dəyişib, valideynləri isə avtomobil qəzasına düşüb
Öncəki yazı
Mütəxəssislər xərçəngin ilkin əlamətlərini açıqlayıblar