This is a specific ad

Türkiyədə iki mindən çox qaçaq silah ələ keçirilib

263

Another advertisement

Türkiyənin 81 əyalətində silah qaçaqmalçılığı və sənədsiz silah gəzdirməyə qarşı “Mercek-26” adı altında keçirilən əməliyyat nəticəsində iki min 511 silah götürülüb, 2 min 310 şübhəli barəsində istintaq başlayıb.

QafqazTürk Media bu barədə Türkiyə mətbuatına istinadən xəbər verir ki, əməliyyatlar nəticəsində 1271-i sənədsiz tapança, 534-ü boş tapança, 43-ü uzun lüləli, 663-ü sənədsiz ov tüfəngi olmaqla iki min 511 silah ələ keçirilib, 2 min 310 şübhəli ilə bağlı araşdırma aparılır.

Bildirilib ki, bu istiqamətdə əməliyyat davam edir.

Kateqoriya: Dünya
Sonrakı yazı
Bu ölkədə intizam qaydalarına riayət etməyən şagirdlər sinifdən-sinfə keçirilməyəcək
Öncəki yazı
Marneuli bələdiyyəsinin”Modusi” kollecində “Açıq qapı günü” baş tutub.