This is a specific ad

Yaşayış kompleksinin inşaatçısı 865 il azadlıqdan məhrum edilib

451

Another advertisement

Türkiyə məhkəməsi 2023-cü il fevralın 6-da Adana şəhərində inşa etdiyi yaşayış kompleksi güclü zəlzələyə tab gətirə bilməyən və uçub dağılmasına görə Həsən Alparqin 865 il müddətinə azadlıqdan məhrum edib.

QafqazTürk Media xəbər verir ki, bu barədə məlumatı Türkiyə mətbuatı yayıb.

O, rəsmi olaraq “bir çox insanı qəsdən şikəst etməkdə və ya öldürməkdə” ittiham olunub. İstintaq müəyyən edib ki, onun inşa etdiyi yaşayış kompleksinin uçması nəticəsində 96 nəfər ölüb.

Alparqinin özü zəlzələ zamanı Kiprdə olub. O, həbs olunaraq Türkiyəyə qaytarılıb. İstintaq onun Türkiyədən 2 milyon dollar çıxarıb Kiprdə məskunlaşmaq istədiyini iddia edir.

Məhkəmədə Alparqin bildirib ki, yaşayış kompleksini tikməzdən əvvəl dövlətin ona qarşı qoyduğu bütün tələbləri, o cümlədən seysmik müqaviməti nəzərə alaraq torpağı tam öyrənib.

O, arqumentlərindən biri kimi 1998-ci ildə baş vermiş güclü zəlzələ zamanı kompleksinin zədələnmədiyini misal çəkib. Bina hətta modernləşdirilib.

6 fevral 2023-cü ildə Türkiyə və Suriyanın cənub-şərqində iki zəlzələ baş verib. Biri 7,7, digəri isə 7,6 bal gücündə olub. Hər iki ölkədə təbii fəlakət nəticəsində 50 min insan həlak olub.

Kateqoriya: Cinayət, Dünya
Sonrakı yazı
Belarusa hücum Üçüncü Dünya Müharibəsinin başlaması deməkdir
Öncəki yazı
MSK prezident administrasiyasından izahat tələb edir