This is a specific ad

Prezident “Amnistiya haqqında” qanunu imzalayıb

258

Another advertisement

Gürcüstan Prezidenti Salome Zurabişvili parlamentin qəbul etdiyi yüzlərlə məhbusun azad edilməsini nəzərdə tutan “Amnistiya haqqında” qanunu imzalayıb.

QafqazTürk Media xəbər verir ki, prezident eyni zamanda hakim partiyanın bu təşəbbüsünü seçkiqabağı seçiciləri dolayı yol ilə ələ almaq kimi adlandırıb.

“Gürcüstan parlamentinin hakimiyyətdə olan partiyanın təşəbbüsü ilə seçkilərdən əvvəl “Amnistiya haqqında” qanunu qəbul etməsi birmənalı olaraq seçiciləri dolayı yol ilə ələ almaqdır”, – prezident administrasiyasının saytında yerləşdirilən məlumatda bildirilib.

Sentyabrın 17-də qəbul edilmiş qanun layihəsinə əsasən, amnistiya Gürcüstanda 5 mindən çox məhbusu əhatə edəcək, onlardan mindən çoxu dərhal azadlığa buraxılacaq, digərlərinin isə həbs müddəti azaldılacaq.

Məlumata əsasən, hazırkı amnistiya ölkə həbsxanalarında məhbusların sayının azaldılması istiqamətində ilk addımdır. Bu il avqustun 1-nə olan məlumata görə, Gürcüstan həbsxanalarında 10 419 nəfər var.

Kateqoriya: Cəmiyyət
Sonrakı yazı
Dini bayramda onlarla uşaq dünyasını dəyişib
Öncəki yazı
Azərbaycan və Ermənistan Sülh Sazişi ilə bağlı razılığa gəldi