This is a specific ad

Tbilisidə “Era Teatrı” nın yaradıcı heyəti tərəfindən “Komando” adlı tamaşa səhnələşdirilib

269

Another advertisement

Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin tapşırığı və Azərbaycanın Gürcüstandakı Səfirliyinin təşəbbüsü ilə teatr baş tutub.

QafqazTürk Media xəbər verir ki, Tbilisidə Nodar Dumbadze adına teatrın səhnəsində 44 günlük Vətən müharibəsinə həsr olunmuş “Komando” tamaşasının premyerası “Era Teatrı” nın yaradıcı heyəti tərəfindən səhnələşdirilib.

 

Tamaşa başlamadan öncə Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev sözlə çıxış edərək 44 günlük Vətən müharibəsinin qoyduğu izlərdən danışıb. Gürcüstandan könüllü olaraq iştirak edib, həlak olmuş şəhidlərin ailələrinə bir daha başsağlığı verib. Şəhid ailələrinin üzvləri də çıxış edərək öz təəssüratlarını bölüşüblər.

 

Tamaşada Vətən uğrunda gözünü qırpmadan canından keçməyə hazır olan komandir və əsgərləri, bu çətin yolda əsgərlərə tibbi yardım göstərən həkim xanım təsvir olunub.

Vətənin hər qarışına sahib çıxan mərd oğulların dilində ancaq bu şüar səslənir:

Yolumuz zəfər yoludur!

Buna inancımız sonsuzdur!

Tamaşa auditoriya tərəfindən alqışlarla müşayiət olunub.

Xatirə şəkilləri çəkilib.

Sonrakı yazı
Xatirələri ölməz, adları əbədidir Şəhidlərin!
Öncəki yazı
Qiorqi Qaxaria-Gürcüstan naminə” partiyasının seçki siyahısında azərbaycanlıların olmaması birmənalı qarşılanmayıb-Siyahı