This is a specific ad

İmmuniteti gücləndirən qidalar

245

Another advertisement

Elə qida məhsulları var ki, müntəzəm qəbul edildikdə immuniteti gücləndirmək xüsusiyyətinə malikdir.

QafqazTürk Media sözügedən qida məhsullarının siyahısını təqdim edir.

  1. Sarımsaq və soğan kökünün tərkibi xeyli miqdarda fitonsid adlanan maddələrlə zəngindir və həmin maddə mikroblar və viruslara qarşı mübarizədə orqanizmə hədsiz dərəcədə kömək edir. İmmunitetin yüksəldilməsi üçün onlar ən güclü məhsullar hesab edilir. Qrip epidemiyası zamanı həmin məhsulların müntəzəm şəkildə qəbul olunması xəstəliyə yoluxmaqdan qoruya bilər. Qəbul etməkdən əlavə epidemiya zamanı evin müxtəlif yerlərində nəlbəkilərdə soğan və sarımsaq qoymaq da yaxşı nəticə verir.
  2. Brokkoli, kələm, ağ turp kimi bitkilər beta-karotin maddəsi ilə zəngindir. Həmin maddə selikli qişaları, xüsusən də ağ ciyərləri və həzm sistemi üzvlərini xərçəng hüceyrələrindən və sərbəst radikallardan qoruyur.
  3. Süd məhsullarından kefir və bioyoqurtlar daha xeyirli hesab olunur. Gün ərzində 150 qram kefir və ya bifidebakteriyalarla zənginləşdirilmiş yoqurt qəbul edilməsi soyuqdəymə riskini azaldır.
  4. Badam immun sisteminin optimal şəkildə fəaliyyət göstərməsi üçün tələb olunan amin və yağ turşularının ən yaxşı təbii mənbələrindən biridir. Qəbul olunan qidaların tərkibinə müntəzəm olaraq yarmaların da əlavə olunması orqanizmin təmizlənməsinə və kimyəvi radioaktiv maddələrin xaric olunmasına kömək edir. Bu isə öz növbəsində immunitetin möhkəmlənməsinə dəstək verir.
  5. Balıqlar, yosunlar və ümumiyyətlə demək olar ki, bütün dəniz məhsulları da immunitetin gücləndirilməsində böyük rol oynayır. Orqanizmdə həmin maddələrin immun reaksiyanın modulyatorları sintez olunur. Dəniz yosunları qanda xolesterinin miqdarını azaldır, toksinləri neytrallaşdırır və ümumi immuniteti yaxşılaşdırır. Onlar apteklərdə qurudulmuş şəkildə satılır. Həmin məhsulları tərəvəz və göyərtilərdən hazırlanan salatlara da əlavə etmək olar.
Kateqoriya: Sağlamlıq
Sonrakı yazı
Gürcüstanın seçki administrasiyası və yerli müşahidə təşkilatları davranış kodeksini imzalayıb
Öncəki yazı
Yaponiyada düyü qıtlığı başlayıb