Another advertisement
Gürcüstanın keçmiş prezidenti Qiorqi Marqvelaşvili “Lelo Güclü Gürcüstan” siyasi birliyinə qoşulub.
QafqazTürk Media xəbər verir ki, bu barədə sözügedən siyasi birliyin liderlərindən biri olan Mamuka Xazaradze Qoridə əhali ilə görüşü zamanı məlumat verib.
“Böyük qürur hissi ilə sizə bildirmək istəyirəm ki, bu böyük birliyə bir səs, çox ciddi bir dəstəkçi qoşulur. O, vətənpərvər, son dərəcə ləyaqətli və ən əsası, azad, eyni zamanda, güclü Gürcüstan uğrunda güzəştsiz döyüşçü olan bir insandır. Mən Gürcüstanın 4-cü prezidenti Giorgi Marqvelaşvilini salamlayıram” , – deyə Xazaradze bildirib.