Another advertisement
Gömrükçülər “Sarpi” gömrük-keçid məntəqəsində külli miqdarda bəyan edilməmiş qızıl məmulatlarının ölkəyə gətirilməsinin qarşısını alıblar.
QafqazTürk Media xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin Gəlirlər Xidməti məlumat yayıb.
Mövcud məlumata əsasən, Maliyyə Nazirliyinin Gəlirlər Xidmətinin “Sarpi” gömrük-keçid məntəqəsində Gürcüstan və xarici ölkə vətəndaşlarının fiziki yoxlanışı nəticəsində külli miqdarda (ümumi çəkisi 326,55 qram) bəyan edilməmiş qızıl-zinət əşyaları aşkar edilib.
Qeyd olunur ki, bəyan edilməmiş malların ümumi gömrük dəyəri 41 998,35 lari təşkil edib. İş materialları əlavə cavab verilməsi üçün Maliyyə Nazirliyinin İstintaq xidmətinə təhvil verilib.