Mövsüm dəyişikliyi zamanı, xüsusən də payızda bir sıra qidaların qəbulu bir çox xəstəliklərin profilaktikasında mühüm rol oynayır.
QafqazTürk Media xəbər verir ki, mütəxəssislər payızda kələm və çuğundur yeməyin vacibliyini vurğulayır.
“Bu 2 tərəvəz antoksidan-antioksidant tərkiblidir. Sərbəst radikalları zərərsizləşdirir. Sərbəst radikallar hüceyrələrdə bədxassənin aktivləşməsinə səbəb olur. Çuğundur nə qədər tünd olsa, bir o qədər yaxşıdır. Çuğundur həzm sisteminə də yaxşı təsir edir. Qəbizliyi aradan qaldırır. Onda həll olan çox miqdarda bitki lifi var. O ki qaldı kələmə, onda çox miqdarda C vitamini var. Kələmdə elə maddə var ki, qadınlarda döş xərçənginin qarşısını alır.
Üçüncü vacib ərzaq isə balqabaqdır. O, orqanizmi A vitamini ilə təmin edir. Hormonal balansı tənzimləyir”, – deyə həkim qeyd edib.