Another advertisement
“Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyası seçkiqabağı təşviqat kampaniyası çərçivəsində Çalka bələdiyyəsində görüşlərini davam etdirir.
QafqazTürk Media xəbər verir ki, “Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyasının Bolnisi, Dmanisi, Tetritskaro və Çalka təmsilçisi Davit Şerazadşvili Çalka bələdiyyəsinin Darakov, Qızılkilsə, Ozni və Ayazmi kəndlərinin sakinləri ilə görüşüb.
Görüşdə “Gürcü Arzusu”nun idarəçilik dövrü, başa çatmış, cari və planlaşdırılan layihələrdən danışılıb.
Görüşdə ölkədə və 26 oktyabrda sülhün qorunmasının vacibliyini müzakirə edilib.
“Görüşlər maraqlı keçdi. Mən çox şadam ki, bizim və vətəndaşların rəyi bir çox əsas məsələlərdə həmfikirdir”, – Davit Şerazadişvili bildirib.