“Bu il cərimələrin miqdarı 10% artacaq”- Tbilisidə parkinq yerləri 5263 azalıb.
Nəqliyyat Dəhlizi Araşdırma Mərkəzi Tbilisidə parkinq yerlərinin azaldılması və cərimələrin artırılması barədə məlumat dərc edir.
Təşkilatın araşdırmasına görə, 2018-ci ildə paytaxtda 32 257 avtomobil dayanacağı var idisə, 2023-cü ilin məlumatına görə, bu rəqəm 26 994-ə qədər azalıb.
“Meriya diqqətini zonalı – saatlıq və standart parkinqlərə yönəldib, “Şəhər Parkı”ndan çıxdıqdan sonra Tbilisidə parkinq yerlərinin sayı 2018-2023-cü illərdən 5263 ədəd – 16% azalıb, parkinq cərimələrinin sayı isə 7,3 dəfə artıb.
Yalnız bir ildə – 2023-cü ildə parkinq cərimələri 2022-ci ilə nisbətən 260% artıb. Parkinq cərimələri 2018-ci ildə – 2,6 milyon lari, 2023-cü ildə – 19 milyon lari, 2024-cü ildə cərimələrin məbləği 10% artacaq”, – deyə Nəqliyyat Dəhlizi Araşdırmalar Mərkəzinin məlumatında qeyd olunur.