This is a specific ad

Hüseyn Arif-100

276

Another advertisement

Hüseyn Arif-100

Azərbaycanın Xalq şairi IIüseyn Arifin (1924-1992) 100 illiyi keçirilir. O, istedadlı, hazırcavab və zarafatcıl söz adamı olub. Uzun illərdir ki, lətifələri, atmacaları, məzəli söhbətləri gəzib-dolaşmaqdadır.

Qafqaz Türk Media Gürcüstanı da sıx böyük məhəbbətlə sevən görkəmli şairlə bağlı bir neçə lətifə paylaşır.

Zəlimxan Yaqub Hüseyn Arifin şeir kitabını redaktə edirmiş. Görür ki, şairin şeirlərinin içində onun öz şeirləri də var. Telefonunu götürüb zəng edir: – Ustad, sənin şeirlərinin içində mənim də şeirlərim var. Deyəsən, qarışıq salıbsan, onları çıxarmaq istəyirəm.

– Yox, yox dəymə. Sənin, ya mənim, nə fərqi var, öz şeirlərimizdi, qoy çap olunsun.

Hüseyn Arif kəndə qonaq gedir. Ev sahibi dərhal ayağa durur. Kök bir toğlunu yıxıb bıçağı boğazına çəkmək istəyir.

Hüseyn qışqırır:

– Kəsmə. O qədər əti kim yeyəcək, hayıf eləmə. Bircə budu bəsdi.

***

Hüseyn Arif Aşıqlar Birliyinin rayonlarda filiallarını açmaqla məşğul imiş. Rayonların birinə gedir, raykom katibi ilə görüşür, gəlişinin səbəbini danışır.

Katib fikrə gedir:

– Ay qağa, ha fikirləşirəm, boş yer tapa bilmirəm.

Ay qağa, özünü yorma. Elə bu otağı boşalt, ver aşıqlar birliyinə, özünə yer taparsan.

***

Şair fikirləşmədən deyir:

Bir gün Mirzə İbrahimov Hüseynə zəng vurur.

– Hüseyn, bu gün Yazıçılar İttifaqında partiya iclası var. Sənin iştirakın vacibdir. Təcili qal.

– Baş üstə, Mirzə müəllim, siz iclasınızı keçirin, mən sabah gələrəm.

Bir gün nəşriyyatın işçiləri görür ki. Hüseyn Arif Vaqif Səmədoğlunun qolundan

bərk-bərk tutub gətirir. Soruşurlar:

– Hüseyn müəllim, bunu belə hara aparırsan? – Heç hara – deyə cavab verir, – iki aydı bizdə işləyib maaş alır, amma idarəni tanımır. Gətirmişəm, iş yerini ona tanıdım.

Sonrakı yazı
Tbilisidə parkinq yerləri azalıb- Cərimələrin miqdarı artacaq
Öncəki yazı
Səhər acqarına su içməyin faydaları