Another advertisement
Cənubi Afrika Respublikası (CAR) üçün spesifik olmayan qarın yağması yollarda ciddi problemlər yaradıb.
QafqazTürk Media xarici mətbuata istinadla xəbər verir ki, böyük həcmdə qar yağdığı üçün minlərlə avtomobil yollarda qalıb. Hökumət vəziyyətin daha da ağırlaşmasının qarşısını almaq üçün vacib magistrallarda hərəkəti qadağan edib.
Qeyd olunur ki, bəzi ərazilərdə qar təbəqəsinin qalınlığı 2 metri ötüb. Ehtiyat tədbiri olaraq qonşu Lesoto ilə sərhəd bağlanıb. Sərhədin hər 2 tərəfində çox sayda yük avtomobili və avtobus gözləyir.
Xilasedicilər yolda qalan şəxslərə qida və isti geyim çatdırıblar.