This is a specific ad

İranda kömür mədənində partlayış – ölənlər var

181

Another advertisement

İranın şərqindəki Cənubi Xorasan əyalətinin Tabas şəhərində kömür mədənində baş verən partlayışda azı 19 nəfər ölüb.

QafqazTürk Media bu barədə xarici mediaya istinadən xəbər verir.

Mövcud məlumata görə, partlayışda 17 nəfər xəsarət alıb: Partlayış zamanı Tabas kömür mədəninin C və B bloklarında 69 fəhlə işləyirmiş. Partlayışdan sonra yanğın olmayıb.

Mədənin 250 m dərinliyində partlayışa səbəb tunellərdə metan qazının cəmləşməsi olub. Hazırda xilasetmə işləri hər biri beş nəfərdən ibarət səkkiz ixtisaslaşdırılmış qrup tərəfindən həyata keçirilir.

Kateqoriya: Dünya
Sonrakı yazı
Bu ölkədə qar hərəkəti iflic edib
Öncəki yazı
Ən çirkli havalı 10 şəhər