This is a specific ad

Xankəndidə Lentsovla separatçılar arasında münaqişə yaranıb – Ermənilər Rusiyadan üz döndərirmi ?

38

Another advertisement

Xankəndindəki separatçı rejimlə Rusiya sülhməramlılarının komandanlığı arasında qarşıdurma yaranıb.

QafqazTürk xəbər verir ki, bu barədə erməni mətbuatı “Hraparak” məlumat yayır.

“Sülhməramlıların komandanlığı separatçı rejimin açıq şəkildə anti-Rusiya mövqeyindən narahatdır. Xüsusilə qondarma “dövlət naziri” Qurgen Nersisyanın ötən həftə Bakıya səfər edən Aleksandr Lentsovun heç bir nəticə əldə edə bilməməsi haqda dedikləri sülhməramlıların komandanlığında narazılıqla qarşılanıb.” – məlumatda qeyd edilir.

Məlumtda qeyd edilir ki, separatçı rejimin daxilində də çaşqınlıq yaranıb. Bir çoxları qondarma “dövlət naziri”nin qeyri-iş günü olan həftə sonu niyə belə açıqlama verdiyini anlamır.

“Belə fikirlər var ki, onları Nikol Paşinyan idarə edir və verilən açıqlamaların sifarişi də İrəvandan gəlib”, – “Hraparak” yazır.

Qeyd edək ki, Lentsov Bakıda Laçın sərhəd-keçid məntəqəsinin götürülməsini müzakirə etmək istəyib. Lakin Azərbaycan Müdafiə Nazirliyində ona bu məsələnin müzakirə mövzusu olmadığı izah edilib.

Sonrakı yazı
SON DƏQİQƏ! Putin Gürcüstana birbaşa uçuşlara qoyulan qadağanı ləğv edib
Öncəki yazı
İrəvan 8 kəndi qaytarır, bəs əvəzində Azərbaycandan nə istəyir? – ƏTRAFLI