“Güclü Gürcüstan” koalisiyasının lideri Mamuka Xazaradze ilə “Qaxariy Gürcüstan naminə” partiyasının sədri Giorgi Qaxariya arasında danışıqlar bu gün Orbeliani sarayında davam edəcək.
QafqazTürk Media xəbər verir ki, İttifaqla bağlı müzakirələr günorta saatlarına planlaşdırılıb.
Xatırladaq ki, ötən gün müxalifət liderlərinin Orbeliani sarayında keçirilən görüşü gecə saatlarında başa çatıb. Mamuka Xazaradzenin görüşdən sonra bildirdiyinə görə, danışıqların ləngiməsi vəzifə bölgüsü və seçki siyahıları ilə bağlı deyil. Digər tərəfdən, Giorgi Qaxariyanın sözlərinə görə, artıq müəyyən məsələlərlə bağlı razılaşmalar var.
Məlumat üçün bildirək ki, Prezident Salome Zurabişvili sentyabrın 16-da liderləri ittifaqı müzakirə etmək üçün Orbeliani sarayına dəvət edib.