Another advertisement
Rusiyanın Kurqan vilayətində baş verən yanğınlar nəticəsində ölənlərin sayı 19-a çatıb.
Qafqaztürk xarici KİV-ə istinadən xəbər verir ki, daha 13 nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri aldığı bildirilir.
Qeyd edək ki, ötən həftə Uralda meşə yanğınları ilə bağlı vəziyyət gərginləşib. Mayın 8-də Sverdlovsk vilayətində 65 təbii yanğın, Kurqan vilayətində isə 13 iri yanğın var. Nəticədə yaşayış məntəqələrində yüzlərlə bina yanıb, insanlar həlak olub və yaralanıb.