Baş nazir: Ölkənin Qərblə münasibətləri Ukraynada müharibə bitdikdən sonra yaxşılaşacaq

280

Another advertisement

Gürcüstanın Qərblə münasibətləri Ukraynada müharibə bitdikdən sonra yaxşılaşacaq.

QafqazTürk Media xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze deyib.

“Müəyyən çətinliklər var, lakin mən inanıram ki, Ukraynada müharibə bitən kimi bütün problemlər həllini tapacaq və münasibətlər normal çərçivəyə qayıdacaq. Ukraynada müharibənin gələn il bitəcəyinə böyük ümid və inamımız var. Müvafiq olaraq, Gürcüstan hökuməti ilə tərəfdaşlarımız arasında münasibətlər də gələn ildən keyfiyyətcə yaxşılaşacaq”, – Kobaxidze bildirib.

Kateqoriya: Cəmiyyət
Sonrakı yazı
“Marneuloba” tədbirinin proqramı
Öncəki yazı
İrakli Kobaxidze: 146 min yeni iş yeri açılıb