This is a specific ad

Şokolad sevənlərə bəd xəbər: Kakaonun qiymətində kəskin artım müşahidə olunur

238

Another advertisement

Son bir ildə kakaonun qiymətində 115% artım müşahidə olunur.

QafqazTürk Media xəbər verir ki, Qərbi Afrikada məhsulun azaldılması kakaonun qiymətinin artmasına səbəb olub ki, bu da beynəlxalq bazarda qıtlıq yaradıb.

Onu da qeyd edək ki,  kakaonun ən çox istehsal olunduğu Qana və Kot-d’İvuarda quraqlıq səbəbi ilə kakao qıtlığı yaranıb ki, bunun da nəticəsində kakao məhsuluna ziyan dəyib.

Mütəxəssislərin fikrincə, cari mövsümdə 375 min ton kakao qıtlığı yaranacaq və bu proqnoz özünü doğrultsa, bazarda planetin son 65 ildə görmədiyi qədər kakao qıtlığı baş verəcək. Bütün bunlar, əlbəttə ki, şokolad və şirniyyatların qiymətlərinin bahalaşmasına da təsir edəcək.

Kateqoriya: Cəmiyyət
Sonrakı yazı
Bu ölkədə karantin elan edildi
Öncəki yazı
Astronomlar yeni ekzoplanet kəşf ediblər