Another advertisement
Polşanın Nısa və Paçkuv şəhərlərinin sakinləri daşqın təhlükəsi ilə bağlı təxliyə olunub.
QafqazTürk Media xəbər verir ki, 2,5 minə yaxın sakin təhlükəsiz əraziyə təxliyə edilib.
Paçkuv şəhərinin dörddə biri su altında qalıb.
Qeyd edək ki, ötən gün Polşanın Baş naziri Donald Tusk ölkənin cənubunda baş verən irimiqyaslı daşqınlar səbəbindən təbii fəlakət vəziyyəti elan etmək qərarına gəlib.