This is a specific ad

Gürcüstan hökuməti Kutaisidəki keçmiş parlament binasının bərpası üçün 21 milyon lari dəyərində tender elan edib

241

Another advertisement

Gürcüstan hökuməti Kutaisidəki keçmiş parlament binasının bərpası üçün 21 milyon lari dəyərində tender elan edib.

QafqazTürk Media xəbər verir ki, bu barədə satınalmalar üzrə Dövlət Agentliyi məlumat yayıb.

Məlum olduğu kimi, hökumət ərazidə texnoloji qovşaq təşkil etməyi planlaşdırır ki, bunun üçün binaya texniki qulluq göstərmək lazımdır.

Satınalmalar üzrə Dövlət Agentliyinin saytında dərc olunan məlumatda bildirilir ki, binanın elektrik naqilləri sistemi, istilik, soyutma, kondisioner və digər daxili kommunikasiyalar, o cümlədən internet rabitə sistemləri yenidən qurulmalıdır. Layihənin ümumi dəyəri 20 980 777 larini təşkil edir.

Tenderi dövlət şirkəti olan “Asset Management and Development Company” MMC elan edib. Şirkətlər 12-17 oktyabr tarixlərində tender müddətində öz təkliflərini verə biləcəklər.

Kutaisi Parlamentinin binasında 2012-2016-cı illərdə parlamentin iclasları keçirilib, 2016-cı il parlament seçkilərindən sonra isə tamamilə funksiyasını itirib.

2023-cü ilin iyununda o vaxtkı baş nazir İrakli Qaribaşvili binada texnoloji mərkəzin yaradılması layihəsini elan etdi. Layihə ilə bağlı daha bir təqdimat 2024-cü il oktyabrın 11-nə planlaşdırılıb və burada hökumət onu bir daha elan edəcək.

 

Kateqoriya: Cəmiyyət
Sonrakı yazı
Ermənistan Bakıda keçiriləcək COP29 iqlim sammitində iştirak edəcəkmi?
Öncəki yazı
16-22 sentyabr- Bürclər üçün həftəlik astroloji proqnoz