“Böyük Yeddilik”in xarici işlər nazirləri İranın Rusiyaya ballistik raketlər verməsini qətiyyətlə pisləyirlər.
“İran Rusiyanın Ukraynaya qarşı qeyri-qanuni və əsassız müharibəsinə dəstəyini dərhal dayandırmalı və Ukrayna xalqını, eləcə də Avropa və beynəlxalq təhlükəsizliyi birbaşa təhdid edən ballistik raketlərin, pilotsuz uçuş aparatlarının (dron) və əlaqəli texnologiyaların ötürülməsini dayandırmalıdır”, – Ölkələrin xarici işlər nazirlərinin bəyanatında.
Onların fikrincə, İran Rusiyanın qeyri-qanuni müharibəsini dəstəklədiyinə görə məsuliyyət daşımalıdır.
“Biz Rusiyanın Ukraynada davam edən qeyri-qanuni müharibəsinə qəbuledilməz dəstəyinə görə İranı məsuliyyətə cəlb etmək öhdəliyimizə sadiq qalırıq və bu, qlobal təhlükəsizliyə daha da xələl gətirir. Bu məsələ ilə bağlı əvvəlki bəyanatlarımıza uyğun olaraq, biz artıq yeni və əhəmiyyətli tədbirlərlə cavab veririk”, – deyə məlumatda bildirilir.