“Ərazi bütövlüyünün bərpası üçün Gürcü Arzusu konstitusiya çoxluğu əldə etməlidir” – İvanişvili

229

Another advertisement

“Bizim ən vacib milli vəzifələrimizdən biri vahid Gürcüstanda yaşamaqdır! Ölkəmizin ətrafında hadisələr çox sürətlə inkişaf edir. Bu fonda, ərazi bütövlüyünün sülh yolu ilə bərpası üçün zəmin istənilən vaxt yetişə bilər və bunun üçün konstitusiya dəyişikliklərinin həyata keçirilməsi zərurəti yaranacaq”.

QafqazTürk Media xəbər verir ki, bunları hakim “Gürcü Arzusu” partiyasının fəxri sədri Bidzina İvanişvili Qori şəhərində seçki kampaniyası çərçivəsində keçirilən mitinqdə çıxışı zamanı qeyd edib.

İvanişvili həmçinin qeyd edib ki, Gürcüstanın birləşməsinə heç kim mane olmamalıdır. Bunun üçün isə “Gürcü Arzusu” partiyası möhkəm konstitusiya çoxluğu qazanmalıdır.

“Əminliklə demək olar ki, kollektiv ‘Milli Hərəkat’ ərazi bütövlüyünün bərpası üçün vacib olan konstitusiya dəyişikliklərinin həyata keçirilməsinə maneə yaradacaq. Gürcüstanın birləşməsinə heç kim mane olmasın deyə, ‘Gürcü Arzusu’ partiyası möhkəm konstitusiya çoxluğu qazanmalıdır.

Ərazi bütövlüyünün bərpası məsələsinə əvvəlki çıxışlarımda dəfələrlə toxunmuşam, lakin əsas mesajımı məhz bu günə saxlamışam. Aydındır ki, bizim məqsədimiz yalnız torpaqları geri qaytarmaq deyil. Üstəlik, orada yaşayan insanlar olmadan heç bir qarış torpağın dəyəri yoxdur. Bizim əsas vəzifəmiz məhz bizim osetin bacı və qardaşlarımızı geri qaytarmaqdır. Əsas ideya əsrlər boyu Gürcüstanın bütövlüyünü möhkəmləndirən münasibətlərin bərpasıdır,” – deyə Bidzina İvanişvili qeyd edib.

Kateqoriya: Cəmiyyət
Sonrakı yazı
Nikol Paşinyan Gürcüstana gəlir
Öncəki yazı
Bu ölkədə məcburi hərbi xidmət 75 gün olacaq