Another advertisement
Sentyabrın 14-19-da gündüz saatlarında Qurcaani-Çabukyan-Afeni-Kabali yolunda nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.
QafqazTürk Media xəbər verir ki, bu barədə Avtomobil Yolları Departamentindən məlumat verilib.
Əldə olan məlumata görə, daxili dövlət əhəmiyyətli Qurcaani-Çabukyan-Afeni-Kabal avtomobil yolunun Km1-Km5 hissəsində, sözügedən avtomobil yolunun Km1-Km3 hissəsində bərpa işləri ilə əlaqədar , 2024-cü ilin sentyabrın 14-dən 19-dək, hər gün səhər saat 08:00-dan 23:00-dək bütün növ nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılır. Gecə-gündüz qalan vaxtlarda isə nəqliyyatın hərəkəti azaddır.
Magistral yol bağlandıqda kənddə nəqliyyatın hərəkəti Ğitaandan keçən yerli avtomobil yollarından istifadə etməklə həyata keçiriləcək.