This is a specific ad

Almaniya XİN: “Almaniyanın Rusiya qazına aslılığı yanlış idi”

52

Another advertisement

“Almaniyanın Rusiya qazına aslılığı yanlış idi”

QafqazTürk xəbər verir ki, bu barədə Almaniyanın xarici işlər naziri Analena Berbok Külək Enerjisi Forumunda deyib.

Almaniya XİN rəhbərinin sözlərinə görə, Baltikyanı ölkələrin nümayəndələri həqiqəti deyirlər ki, Baltik dənizindən keçən qaz kəməri Avropanın təhlükəsizliyinə xələl gətirir.

“Almaniya çox uzun müddətdir Rusiya enerjisindən asılı vəziyyətdədir və hər ucuz kubmetr qaza görə Avropa təhlükəsizliyinin əvəzini iki və ya üç qat daha çox ödəyib.” – Analena Berbok qeyd edib.

Forumda Danimarkanın xarici işlər naziri Lars Loke Rasmussen də çıxış edərək qeyd edib ki, Avropa ölkələri yaşıl enerjiyə keçidlə bağlı əməkdaşlığı gücləndirməlidir.

“Rusiyanın amansız və həmçinin qeyri-qanuni müharibəsi Ukraynada təhlükəsizliyə dair yeni vəziyyət yaradıb. Enerji siyasətinin təhlükəsizlik siyasəti olduğu indi həmişəkindən daha aydındır. Biz Rusiya qazını Avropanın yaşıl enerjisi ilə əvəz etməliyik, xüsusilə də etibarlı tərəfdaşlarla əməkdaşlıqla buna nail olmalıyıq ”, – Danimarkanın xarici işlər naziri Lars Loke Rasmussen bildirib.

Sonrakı yazı
Ermənistandan sığınacaq istəyən İran vətəndaşlarının sayı artıb
Öncəki yazı
Kaladze: “Hazırda ölkədə hansısa yolla dövlət çevrilişinə cəhd etmək üçün hazırlıq gedir”