This is a specific ad

Gürcüstan bu ölkədə daha genişmiqyaslı turizm tədbirləri keçirməyi planlaşdırır

300

Another advertisement

“2024-cü ilin ilk iki rübündə Gürcüstanda çinli turistlərin sayı 423% artıb”.

QafqazTürk Media xəbər verir ki, bu barədə  iqtisadiyyat naziri Levan Davitaşvili bildirib.

Onun sözlərinə görə, 2023-cü ildə əvvəlki illə müqayisədə Çindən 555% çox ziyarətçi qəbul etmişik.

Levan Davitaşvili bildirir ki, Çin vətəndaşları üçün Gürcüstana vizasız gediş-gəliş rejiminin tətbiqi və birbaşa uçuşların tezliyinin artırılması Çindən ölkəyə turist axınını artırıb.

Onun qeyd etdiyi kimi, Gürcüstan ölkəmizin turizm məkanı kimi tanınmasını artırmaq üçün daha çox sayda Çin şəhərlərində, daha genişmiqyaslı turizm tədbirləri keçirməyi planlaşdırır.

İqtisadiyyat Nazirliyindən əldə olunan məlumata görə, İqtisadiyyat və Davamlı İnkişaf naziri Levan Davitaşvili “Hainan Airlines, Capital Airlines və Sichuan Airlines” şirkətlərinin rəhbərləri ilə görüşüb.

“Görüşdə nazir müavini Mariam Kvrivişvili və Gürcüstanın Çin Xalq Respublikasındakı səfiri Paata Kalandadze iştirak edib. İclasda baş nazirin birinci müavini Gürcüstanın aviasiya sektorunda mövcud tendensiyalardan danışıb. O qeyd edib ki, Gürcüstan turizm sənayesinin  məşhur bir ölkəsidir. Bu isə mülki aviasiyanın inkişafına müsbət təsir göstərmişdir- Gürcüstanda 60-dan çox aviaşirkət fəaliyyət göstərir, hansı ki, dünyanın 30-dan çox ölkəsində 100-dən çox reys yerinə yetirirlər.

Levan Davitaşvilinin sözlərinə görə, hazırda “China Southern Airlines” hər gün Tbilisi-Urumçi istiqamətində uçuşlar həyata keçirir. Payızda “Air China” Gürcüstanın hava bazarına daxil olacaq, o, Urumçidən başqa, Pekin-Tbilisi istiqamətində də uçuşlar həyata keçirməyi planlaşdırır”, – deyə İqtisadiyyat Nazirliyindən bildiriblər.

Məlumat üçün bildirək ki, ötən il sentyabrın 11-dən Gürcüstan Çin vətəndaşları üçün vizasız rejim tətbiq edib. Müvafiq olaraq, onlar turistik məqsədlər üçün vizasız daxil olub 30 gün qala bilərlər. Artıq bu il Çin Xalq Respublikası Gürcüstan vətəndaşları üçün ölkəyə vizasız giriş rejimi tətbiq edib.

Kateqoriya: Cəmiyyət
Sonrakı yazı
Gürcüstan Çinlə ticari-iqtisadi əməkdaşlığı dərinləşdirmək niyyətindədir
Öncəki yazı
“Gürcü Arzusu” nun nümayəndəsi David Şerazadişvili Çalka bələdiyyəsində sakinlərlə görüşüb