This is a specific ad

Çavuşoğlu Kılıçdaroğluna cavab verdi: “Türkün yolu Zəngəzurdan keçər”

47

Another advertisement

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu müxalifətin prezidentliyə namizədi Kemal Kılıçdaroğlunun “Türk Yolu” adlandırılan layihəsini sərt tənqid edib.

QafqazTürk.com xəbər verir ki, bu barədə o, Antalyada keçirilən görüş zamanı danışıb.

Nazir qeyd edib ki, Kılıçdaroğlunun, digər bəzi siyasətçilərin Azərbaycana qarşı qərəzli və əsassız mövqeyi var.

“Biz qardaşlarımızla bərabər şərq-qərb orta dəhlizindən bəhs edirik. Yəni türk dövlətlərindən gələn Xəzərdən keçən dəhliz. Onlar bütün bunlardan yan keçir, tamam başqa bir marşrut yaradırlar. Azərbaycanla nə dərdləri var, anlaya bilmirəm. Tarixdən bu yana CHP-li zehniyyətin azərbaycanlı qardaşlarımızla bir dərdi var. Boraltan körpüsü hadisələrini xatırlayın. Bunlar, Azərbaycan Qarabağı azad etmək üçün mübarizə aparanda “təəssüf ki, Türkiyə Azərbaycana yardım etdi” dedilər”, – Çavuşoğlu deyib.

Qeyd edək ki, Kılıçdaroğlunun bir neçə gün əvvəl təqdim etdiyi xəritə narazılıqlara səbəb olub. Onun “Türk yolu” adlandırılan layihəsində Türkiyədən Çinə gedən yolun Azərbaycandan keçməməsi tənqid edilib.

Kateqoriya: Dünya
Sonrakı yazı
2022-ci ildə nə qədər avtomobil satılıb? – Hansı model liderdir?
Öncəki yazı
Türk Dövlətləri Təşkilatına üzv ölkələr daha bir saziş imzaladı