This is a specific ad

Türk Dövlətləri Təşkilatına üzv ölkələr daha bir saziş imzaladı

41

Another advertisement

Daşkənddə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan və Macarıstan Coğrafiya Cəmiyyətləri rəhbərlərinin birinci görüşü keçirilib.

QafqazTürk.com xəbər verir ki, bu barədə Türk Dövlətləri Təşkilatının rəsmi saytında məlumat verilib.

İclasda “Türk Baxışı – 2040” məqsədlərinə uyğun olaraq, QHT-lər arasında əməkdaşlığın və əlaqələrin təkmilləşdirilməsinə yönəlmiş bir mexanizm olan Türk Dövlətləri Coğrafiya Şurasının yaradılmasına dair saziş imzalanıb.

Bildirilib ki, yeni yaradılan şura türk coğrafiyasının zəngin təbii və mədəni irsini təbliğ etməklə insanlar arasında əlaqələrin dərinləşdirilməsi, elm, təhsil və innovasiya sahələrində bilik və təcrübə mübadiləsi, turizm əməkdaşlığının təşviqi üçün mühüm platforma rolunu oynayacaq.

İclasda Tərəflər Özbəkistan Coğrafiya İnstitutunun rəhbəri cənab Oybek Norinbayevi Türk Dövlətləri Coğrafiya Şurasının sədri seçmiş və Şuranın qarşıdakı dövr üçün əhatəli fəaliyyət planını müzakirə edərək qəbul ediblər.

Kateqoriya: Siyasət
Sonrakı yazı
Çavuşoğlu Kılıçdaroğluna cavab verdi: “Türkün yolu Zəngəzurdan keçər”
Öncəki yazı
Türkiyədən kənarda səs verənlərin sayı