Another advertisement
Türkiyədə baş tutacaq prezident seçkiləri üçün xaricdə yaşayan seçicilərin səsvermə sayı açıqlanıb.
QafqazTürk.com Türkiyə mediasına istinadən xəbər verir ki, xaricdəki nümayəndəliklərdə və gömrük idarələrində səs verən seçicilərin sayı 1 milyon 763 min 361 nəfər olub.
Xarici nümayəndəliklərdə səsvermə prosesi bu gün başa çatacaq. Gömrükdə isə 14 may, saat 17:00-a qədər davam edəcək.
Qeyd edək ki, mayın 14-ü də Türkiyədə prezident və parlament seçkiləri baş tutacaq.