This is a specific ad

Kahramanmaraşda “Azərbaycan” yaşayış massivi tikilir

249

Another advertisement

2023-cü ilin fevral ayında baş verən dağıdıcı zəlzələlərdən əziyyət çəkən Türkiyənin Kahramanmaraş şəhərində “Azərbaycan” yaşayış massivinin tikintisi davam edir.

QafqazTürk Media xəbər verir ki, ümumi sahəsi 28,5 hektar olan ərazidə fəal tikinti işləri aparılır. “Azərbaycan” massivinin baş planına uyğun olaraq, ümumilikdə 1300 mənzildən ibarət 71 yaşayış binası istifadəyə veriləcək. Massivin ərazisində 764 qeyri-yaşayış obyektinin tikintisi də planlaşdırılır.

Məhəllənin yaşıllıq zonası 14 hektar ərazini əhatə edəcək, həmçinin 3,5 hektar ərazidə parkın salınması da planlaşdırılır.

Azərbaycan Hökumətinin xətti ilə “Azərbaycan” massivi ərazisində görülən işlər 100 milyon dollar dəyərində qiymətləndirilir. Layihə çərçivəsində Azərbaycan Nazirlər Kabinetinin icraedici orqanı Mənzil İnşaatı Dövlət Agentliyidir.

Bildirilib ki, baş plana uyğun olaraq, MİDA yaşayış massivinin 7, 8, 11 və 12-ci məhəllələrində (cəmi 456 mənzil və 328 qeyri-yaşayış obyekti) işlər həyata keçirir.

Bundan başqa, MİDA-nın səyləri sayəsində Heydər Əliyev adına ibtidai məktəbin açılışı baş tutub.
Məktəb ən müasir tələblərə uyğun, tədris prosesi üçün lazım olan bütün avadanlıqla təchiz edilib.

Məktəbin açılış mərasimində Azərbaycanın Ankaradakı diplomatik nümayəndəliyinin əməkdaşları, MİDA-nın əməkdaşları, Kahramanmaraş vilayətinin rəhbərliyi də iştirak ediblər.

Kateqoriya: Dünya
Sonrakı yazı
Gürcüstanın bu bölgəsində kənd təsərrüfatı məhsullarının istehsalı xərcləri 40%-ə qədər maliyyələşdiriləcək
Öncəki yazı
“Marneuloba-2024”-ün keçirilməsinə sayılı günlər qalıb