Another advertisement
“Marneuloba 2024” sentyabrın 20-də keçiriləcək.
QafqazTürk Media xəbər verir ki, bu barədə Marneuli bələdiyyəsinin meriyasından bildirilib.
Məlumata görə, “Marneuloba 2024” tenderdə qalib gələn “Miks Studio” tərəfindən Marneulinin mərkəzi parkında keçiriləcək.
Qeyd edək ki, “Marneuloba 2024” -ün keçirilməsi üçün Marneuli bələdiyyəsi ümumilikdə 115 000 lari ayrılır.
Xatırladaq ki, Marneuli bələdiyyəsi sözügedən “Marneuloba” nı 2023-cü ildən qeyd etməyə başlayıb. Tədbirin ənənəvi olaraq hər il keçirilməsi planlaşdırılır.