This is a specific ad

Zurabişvili: “Rusiya sərhədlərə hörmət etməlidir”

254

Another advertisement

“Rusiya təkcə Ukraynada deyil, Gürcüstanda, Moldovada və Avropanın qalan hissəsində də sərhədlərə hörmət etməyi öyrənməlidir”.

QafqazTürk Media xəbər verir ki bu barədə Gürcüstan prezidenti Salome Zurabişvili Krım Platformasının dördüncü sammitində çıxışı zamanı bildirib.

Ukraynanın tam ərazi bütövlüyünün bərpası sülh və sabitliyin təmin edilməsi üçün mühüm addımdır, çünki Rusiya təkcə Ukraynada deyil, həm də Gürcüstanda, Moldovada və Avropanın qalan hissəsində sərhədlərə hörmət etməyi öyrənməlidir”.

Salome Zurabişvilinin qeyd etdiyinə görə, Rusiyanın Qara dəniz regionunda Abxaziyanın işğalından Krımın ilhaqına qədər genişlənməsi və ya son addımları – işğal olunmuş Abxaziyada hərbi dəniz bazası açması qəbul edilməməlidir.

“Çox uzun müddətdir ki, Moskva beynəlxalq normalara məhəl qoymur, sərhədləri zorla dəyişdirməyə və qonşularının suverenliyinə xələl gətirməyə çalışır. Artıq belə davranışa yol vermək olmaz.

Hamımızın gördüyümüz kimi, Qara dəniz regionunda sülh və sabitlik mühüm ticarət, enerji və kommunikasiya mərkəzi olduğu üçün bütün region və qitə üçün çox vacibdir. O, Avropanın və onun hüdudlarından kənarda təhlükəsizlik zəncirinin mühüm həlqəsidir və onun [Qara dənizin] sabitliyi bütün qitənin təhlükəsizliyi ilə birbaşa bağlıdır. Ona görə də Rusiyanın Qara dəniz regionunda Abxaziyanın işğalından Krımın ilhaqına qədər genişlənməsi və ya işğal altındakı Abxaziyada hərbi dəniz bazasının açılması ilə bağlı son addımları qəbul edilməməlidir.

Bu müharibə həqiqətən də beynəlxalq hüququn prinsiplərini qorumaq, sərhədlərə hörmət etmək və xalqların sülh şəraitində yaşamaq hüquqlarını qorumaqdır. Ukraynanın öz və Avropanın azadlığı uğrunda mübarizəsini davam etdirdiyi bir vaxtda mən bir daha vurğulamaq istəyirəm ki, gürcü xalqı sizin yanınızdadır, dünya sizinlədir və biz birlikdə göstərəcəyik ki, azad dünyanı qorxutmaq olmaz!” – Salome Zurabişvili bildirib.

Kateqoriya: Siyasət
Sonrakı yazı
“Marneuloba-2024”-ün keçirilməsinə sayılı günlər qalıb
Öncəki yazı
Putin Rusiyadan bəzi xammalın ixracatına qadağa qoyacaq