This is a specific ad

Narinlə bağlı yeni məqamlar var- Doğulduğun ev taleyindir…

328

Another advertisement

Diyarbəkirdə öldürülən 8 yaşlı Narin Güran cinayəti ilə bağlı yeni məqamlar var.

İstintaqda danışdırılan ikinci şahid əmisinin hadisə günü tarlada olması ilə bağlı iddianı təkzib edərək “Hadisə baş verən gün onu Narinin evinin yanında görmüşəm” -deyə bildirib.

HTS qeydlərindən məlum olub ki, əmi Narinin yoxa çıxdığı gün Antalyada yaşayan naməlum  şəxsə 1 saat 12 dəqiqə ərzində 5 dəfə zəng edib. Komandalar bu zəng qeydini də araşdırır. Diqqət çəkən şübhələr arasında cansız cəsədi suda gizlədən etirafçı Nevzat Bəxtiyarın təkbaşına hərəkət etməməsi də var. Mütəxəssislər qeyd edirlər ki, Narinin cansız bədənini suda gizlədən Nevzat Bəxtiyar təkbaşına bunu edə bilməzdi.

Torbanın üzərində 5-6 iri daş olduğu və tək başına yerləşdirə bilməyəcəyi bildirilir.

Etirafçı Nevzat Bəxtiyara Narinin cansız bədənini gizlədəndə kimsə kömək etdimi? 

Qətlin plançısı həbs olunan əmi Səlim Güran olub? Həmin gün o kimə 5 dəfə zəng edib?

Narinin qətlinin mütəşəkkil şəkildə törədilə biləcəyi məsələsi bütün aspektləri ilə araşdırılır.

Telefon danışıqlarının üstü açılsa, Narinin ölüm səbəbi və qızı kimin öldürdüyü məlum olacaq.

Əmi Səlim Güran jandarma ifadəsində Narinin itdiyi gün saat 18:50-də tarlada olduğunu iddia edib, lakin şahid Mehmet Şevket Kaya əmisini 18:30-19:00 radələrində uşağın evinin yanında gördüyünü bildirib. Güran bu açıqlamaya “Belə bir şey yoxdur, yalan danışır” deyərək reaksiya verib.

Qətlin təşkil edilmiş ola biləcəyi iddiası var. Həbsdə olan əmi Səlim Güranın da planlayıcı olması ehtimalı qiymətləndirilir.

Bəs niyə bu ailənin qızları həyatdan doymadan, xəyallarına qovuşmadan dünyalarını dəyişirlər?

Bu mövzuda daha bir maraqlı və düşündürücü məqam var.

İstintaqda digər bir hadisə isə Narinin 5 il əvvəl dünyasını dəyişən böyük bacısı ilə bağlıdır. 5 yaşında dünyasını dəyişən Tülin Güranla bağlı Respublika Prokurorluğu istintaqa başlayıb.

Ailəsinin “pilləkənlərdən yıxıldığını” bildirməsindən sonra uşaq yarılmadan basdırılıb. Prokurorluq hadisə baş verən gün uşağın aparıldığı xəstəxanaya yazıb və rentgen və bütün analizlərin protokol kimi göndərilməsini istəyib. İstintaq çərçivəsində məzarın açılması da gündəm ola bilər.

Biz burada “Doğulduğun ev taleyindir” ifadəsinin doğruluğunu görürük.

Axı qızların varlığı niyə cəmiyyət üçün bu qədər narahat edici bir hadisədir?

Biz deyilik tolerantlıqdan, haqqdan, hüquqdan danışan?

Günahsız bir mələyi belə qoruya bilmiriksə, demək ki, bütün bunlar sadəcə sözlərdə qalır.

Bizi izləmədə qalın!

Sonrakı yazı
Bolnisi bələdiyyəsinin meri seçkiöncəsi kampaniya çərçivəsində 4 kəndin əhalisi ilə görüşüb
Öncəki yazı
Daşqınlar Nigeriya zooparkını dağıdıb, timsahlar yaşayış məntəqələrinə axışıb