Another advertisement
Tbilisidə Kaxeti şossesində II İraklinin abidəsinin qoyulması planlaşdırılır.
Onun istehsalı 955000 min lariyə başa gələcək.
QafqazTürk Media xəbər verir ki, bu, hökumətin 9 sentyabr tarixli qərarından aydın olur.
Sənədə əsasən, Maliyyə Nazirliyi qeyd olunan məbləği ehtiyat fondundan Mədəniyyət Nazirliyinə ayırmalıdır.
Bundan əlavə, Mədəniyyət Nazirliyinin rəssamı və heykəltəraşı Merab Merabişvilinin əsərlərinə əsasən, abidənin tikintisi ilə bağlı müvafiq tədbirlərin görülməsi tapşırılıb.