This is a specific ad

Çaya limon əlavə etmək zərərlidir?

306

Another advertisement

Çaya limon əlavə etmək həm dad, həm də sağlamlıq baxımından bir çox faydaları təmin edir.

QafqazTürk Media xəbər verir ki, çay tərkibindəki tanin adlı maddə sayəsində dəmirin orqanizm tərəfindən sorulmasını azaldır.

Bu, dəmir çatışmazlığı kimi problemə səbəb ola bilər. Lakin çaya limon əlavə olunduqda limonun tərkibindəki C vitamini sayəsində dəmirin orqanizm tərəfindən sorulması artır. Vitamin C dəmirin həzm sistemindən qana keçməsini asanlaşdırır. Bu, dəmir çatışmazlığının qarşısını almağa kömək edir.

Limon həm də çəki idarə etməyə kömək edir. Bundan əlavə, limonlu çay maddələr mübadiləsini sürətləndirir və iştahı azaldır. Bu, arıqlamaq istəyənlər üçün faydalıdır. Pəhriz saxlayanların seçimi də limonlu çay ola bilər.

Limon immunitet sistemini gücləndirən meyvədir. Limonlu çay tərkibindəki C vitamini, antioksidantlar sayəsində orqanizmi xəstəliklərdən qoruyur.

Limonlu çay infeksiyalara qarşı mübarizə aparır, qızdırmanı azaldır, soyuqdəymə, qrip kimi qış xəstəliklərinə yaxşı təsir edir.

Kateqoriya: Sağlamlıq
Sonrakı yazı
Britaniya daha 10 Rusiya gəmisini sanksiyalar siyahısına əlavə edib
Öncəki yazı
Gürcüstanda DNT məlumat bazası yaradılacaq – genetik məlumatı kim saxlayacaq?