This is a specific ad

Rusiyada dəmir yolunda partlayış olub, yük qatarı relsdən çıxıb

304

Another advertisement

Ötən axşam Rusiyanın Belqorod vilayətində dəmir yolu üzərindəki partlayıcı qurğunun işə düşməsi nəticəsində yük qatarı relsdən çıxıb.

QafqazTürk Media Rusiya mətbuatına istinadən xəbər verir ki, “Bataysk – Starıy Oskol” marşrutu üzrə hərəkət edən qatarda baş verən hadisə zamanı 10 vaqon yararsız hala düşüb.

Əraziyə minaaxtaranlar və polis cəlb edilib. İlkin xəbərə görə, xəsarət alan olmayıb.

Faktla bağlı Rusiyanın İstintaq Komitəsində cinayət işi qaldırılıb.

Kateqoriya: Dünya
Sonrakı yazı
Gürcüstanda DNT məlumat bazası yaradılacaq – genetik məlumatı kim saxlayacaq?
Öncəki yazı
ABŞ Ermənistana yardımı iki dəfə artırdı