Another advertisement
“Qadınların İnkişafına və Maarifləndirilməsinə dəstək” İctimai Birliyinin Gürcüstan Nümayəndəliyi yaradılıb.
QafqazTürk Media xəbər verir ki, Nümayəndəliyə Tbilisidə yerləşən Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyinin direktor müavini və Mədəniyyət Mərkəzinin direktoru Leyla xanım Əliyeva təyin olunub.
L. Əliyevanın QafqazTürkə verdiyi açıqlamasına görə, Nümayəndəliyin əsas missiyası Gürcüstanda qadınların inkişafını və maarifləndirilməsini prioritet tutaraq bu istiqamətdə əsas rol oynamaqdır.
Biz də QafqazTürk Media və Gürcüstan Azərbaycanlıları Konqresi adından Leyla xanım Əliyevanı bu uğuru münasibətilə səmimi qəlbdən təbrik edərək yeni fəaliyyətində müvəffəqiyyətlər arzulayırıq.