Gürcüstanın futbol komandası bu gün “Millətlər Liqası”nın ikinci turu çərçivəsində Albaniyanın futbol komandası ilə qarşılaşacaq.
QafqazTürk Media xəbər verir ki, Qarşılaşma Tiranada keçiriləcək və Tbilisi vaxtı ilə saat 22:45-də başlayacaq.
Xatırladaq ki, qrupun ilk oyununda Gürcüstan millisi Çexiya futbol komandasına 4:1 hesabı ilə qalib gəlib.
Albaniya millisi də ilk turun Ukrayna ilə oyununu qələbə ilə başa vurub.
Birinci turdan sonra qrupda 3-3 xalla Gürcüstan və Albaniyanın futbol komandaları liderlik edir.
Gürcüstan millisinin UEFA Millətlər Liqasının qrup mərhələsinin səfər oyununun Tbilisidə, Birinci Respublika meydanında ictimai nümayişi keçiriləcək.