Kobaxidze Ukraynanın Gürcüstandakı müvəqqəti işlər vəkilinin geri çağırılmasına münasibət bildirib

296

Another advertisement

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Ukraynanın bu ölkədəki müvəqqəti işlər vəkilinin geri çağırılmasına münasibət bildirib.

QafqazTürk Media xəbər verir ki, hökumət başçısı Kiyevin addımının siyasi motivli olmadığını bildirib.

O əlavə edib ki, bu qərar Ukrayna səfirliyinin nümayəndəsinin məişət əşyaları satın alması ilə əlaqədardır və Ukrayna hökuməti müharibə dövründə belə satınalmanı yersiz hesab edib.

“Bu qərar 2022-ci ildə səfirin siyasi motivlə geri çağırılması ilə eyni xarakter daşımır”, – Kobaxidze deyib.

Məlumat üçün bildirək ki, Ukrayna XİN başçısı Andrey Sibiqa Ukraynanın Gürcüstandakı müvəqqəti işlər vəkili Mixaylo Karişini geri çağırıb. Ukraynalı nazir bu barədə “Facebook” paylaşımında bildirib.

Kateqoriya: Cəmiyyət
Sonrakı yazı
Ermənistan sülh sazişinin tam razılaşdırılmış layihəsini Azərbaycana təqdim edib
Öncəki yazı
İlin əvvəlindən Gürcüstan vətəndaşlığı alanların sayı