Hökumət QHT-lər üçün qrant fondu yaradacaq

279

Another advertisement

Gürcüstan hökuməti Qeyri-hökumət təşkilatları üçün qrant fondu yaradacaq.

QafqazTürk Media xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze Hökumət Administrasiyasında keçirilən mətbuat konfransında məlumat verib.

Onun sözlərinə görə, fond dövlət büdcəsi hesabına maaliyyələşəcək və “Xarici təsirin şəffaflığı haqqında” qanuna uyğun olaraq Ədliyyə Nazirliyinin reyestrində qeydiyyatdan keçmiş təşkilatlar maliyyə əldə edəcək.

Hökumət başçısı qeyd edib ki, Gürcüstan xalqının maraqlarına xidmət edən Qeyri-hökumət təşkilatları Dövlət büdcəsindən xarici donorlardan aldıqları vəsaitdən iki dəfə çox maliyyə əldə edəcəklər.

Bir çox Qeyri-hökumət təşkilatı müəyyən xarici donorlar tərəfindən Gürcüstanın Ədliyyə Nazirliyində qeydiyyatdan keçəcəkləri təqdirdə maliyyənin dayandırılması ilə hədələnib. Bu fonda və ümumiyyətlə, ölkənin maraqlarını nəzərə alaraq, Gürcüstanın Qeyri-hökumət təşkilatları üçün qrant proqramının yaradılmasına qərar verdik. Bu proqram tam şəkildə Gürcüstanın dövlət büdcəsindən, yəni gürcü vergi ödəyicisinin pulu hesabına maliyyələşdiriləcək. Qrant fondunun rahat işləməsi üçün zəruri institusional və maliyyə əsasları yaxın iki ay ərzində hazırlanacaq və ilk qrant layihələri 2025-ci ilin yanvarından maliyyələşdiriləcək” ,  – deyə İrakli Kobaxidze qeyd edib.

Kateqoriya: Cəmiyyət
Sonrakı yazı
İlin əvvəlindən Gürcüstan vətəndaşlığı alanların sayı
Öncəki yazı
Gürcüstanla Çin arasında yük reyslərinin sayı artıb