Another advertisement
Tbilisinin Avlabari bölgəsinin Xidistavi küçəsi 25 ünvanında yerləşən evin divarı uçub, nəticədə avtomobilə ziyan dəyib.
QafqazTürk Media xəbər verir ki, hadisə nəticəsində xəsarət alan olmayıb.
Tbilisi meriyasından verilən məlumata görə, hazırda ərazidə təmizlik işləri aparılır.
Zərərçəkmiş nəqliyyat vasitəsinin sahibinin sözlərinə görə, o, dəymiş ziyana görə kimin məsuliyyət daşıdığını bilmir.